Dünya

KİV: Ermənistanda baş qərargah rəisinin müavini istefa verəcək

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini general-leytenant Stepan Qalstyan vəzifədən getmək niyyətindədir.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, daha əvvəl o, baş qərargah rəisi Onik Qasparyanla birgə istefa verməyi düşünmüş, lakin hökumətin təkidi ilə bu addımı təxirə salmışdı.
“Müxtəlif qurumlardakı istefaların başlıca səbəbi Azərbaycanla sərhəd məsələsinə və münasibətlərə dair baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın davranışı, bəyanatlarıdır”, – “Joğovurd” qəzeti yazır.
Həmçinin Xarici İşlər, Müdafiə nazirliklərində, Milli Təhlükəsizlik Xidmətində yeni istefaların gözlənildiyi bildirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button