Dünya

KİV: Kim Çen In KXDR-də aclıq təhlükəsini elan etdi

Koreya Xalq Demokrati Respublikasının (KXDR) lideri Kim Çen In Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin plenumunda çıxışı zamanı ölkədə mümkün ərzaq çatışmazlığı haqqında bildirib.
“Report” xəbər verir ki, bu barədə “Nodon sinmun” qəzeti məlumat yayıb.
“Ötənilki tufanın vurduğu zərərə görə taxıl istehsalının artımı üzrə plan yerinə yetirilməyib, bununla əlaqədar olaraq hazırda əhalinin ərzaqla təminatında gərgin vəziyyət yaranır”, – Şimali Koreya lideri deyib.
Kim Çen Inın sözlərinə görə, koronavirusla əlaqədar karantin tədbirlərinin müddətinin artırılması Koreya Xalq Demokratik Respublikasında “əhalinin geyim, qidalanma və evlə təminatı üçün mübarizənin uzanmasına gətirib çıxarıb”.
Bundan başqa, Kim Çen In partiyanı və Şimali Koreyanın xalqını yeni “çətin yürüşə” hazır olmağa çağırıb. Koreya Xalq Demokratik Respublikası tarixində bu termin XX əsrin 90-cı illərində yaranıb. Həmin vaxt ölkə kütləvi aclıq səbəbindən ağırlaşan ağır iqtisadi böhrandan əziyyət çəkib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button