Dünya

Knesset 36-cı hökuməti təsdiqlədi, Netanyahu müxalifətdə olacaq

Knesset (İsrail parlamenti – Red) “Yamin” partiyasının sədri Naftali Bennett və “Yeş Atid” partiyasının rəhbəri Yair Lapid tərəfindən formalaşdırılan İsrailin 36-ci koalisiya hökumətini təsdiqləyib.
“Report” xəbər verir ki, yeni hökumətə 120 deputatdan 60-ı dəstəyini ifadə edib.
Belə ki, 60 Knesset üzvü yeni hökümətin qurulmasına tərəfdar olsa da, 59 deputat buna qarşı çıxıb, bir deputat isə bitərəf qalmağı seçib. Nəticədə 36-cı hökumətin yaradılması məsələsi bir səs fərqi ilə parlamentdən keçib.

Yair Lapid və Naftali Bennett

Bununla da İsraildə 12 il ərzində ilk dəfə Binyamin Netanyahunun “Likud” partiyasının iştirakı olmadan koalisyon hökumət formalaşdırıldı.

Binyamin Netanyahu

Qeyd edək ki, Kenssetin bu gün keçirilən iclasında 120 deputatın 67-si Miki Levini parlamentin yeni spikeri seçib. Bundan başqa “Yamin” partiyasının sədri Naftali Bennett də Baş nazir kimi and içib.

Naftali Bennett

“Yamin”in sədri Naftali Bennett baş nazir, “Yeş Atid”in rəhbəri Yair Lapid isə alternativ baş nazir olacaq. Təxminən iki il ərzində əvəzetmə aparılacaq, bundan sonra “Yeş Atid”in rəhbəri Yair Lapid baş nazir, “Yamin”in sədri Naftali Bennett alternativ baş nazir olacaq.

Miki Levin

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button