İqtisadiyyat

KOBİA və BDU arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Bakı Dövlət Universiteti (BDU) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
“APA-Economics” xəbər verir ki, sənədi Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev imzalayıblar.
Sənəd özəl sektor və elmi dairələr arasında praktiki əlaqələrin genişləndirilməsini, bu istiqamətdə birgə proqramların təşkili, tələbələr arasında biznes ideyalarının formalaşdırılmasına, innovativ təşəbbüslərin realizasiyasına, ixtiraçıların fəallığının artırılmasına dəstəyi, universitetin elmi potensialından istifadə etməklə sahibkarlığın inkişafı üçün tələb olunan araşdırmaların aparılmasını, KOB subyektlərinin maarifləndirilməsi üçün birgə fəaliyyəti, müştərək layihələrin icrasını nəzərdə tutur. Bu məqsədlə Anlaşma Memorandumuna uyğun olaraq Agentlik və BDU gənclər arasında innovativ sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə universitetdə “Biznes İnkubasiya Mərkəzi”nin təşkil olunması, tədris-innovasiya infrastrukturundan KOB subyektlərinin faydalanması, özəl sektor ilə universitet arasında əməkdaşlıq platformalarının inkişaf etdirilməsi, startaplar və biznes inkubatorlar üzrə “nəzəriyyədən biznesə” prinsipinin reallaşmasına dəstəyin göstərilməsi üzrə əməkdaşlıq edəcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button