İqtisadiyyat

Kolumbiya Biznes Uyğunlaşdırma Forumu təşkil edir

Kolumbiya Hökuməti, ProColombia Təşviq Agentliyi vasitəsi ilə, 2021-ci il aprelin 12-dən 23-dək  85-ci Biznes Uyğunlaşdırma Forumunu həyata keçirəcək.

İstiqlal.az xəbər verir ki, tədbir virtual formatda və açılışını aprelin 12-də, Bakı vaxtı ilə saat 17: 00-da Milli Hökümətin rəhbərlik etdiyi iqtisadiyyatın bərpası planının məqsədlərini və əhatə dairəsini təqdim edəcək Prezident İvan Duke və bir neçə nazir tərəfindən baş tutacaq.

85-ci Biznes Uyğunlaşdırma Forumun da 1500-dən çox Kolumbiya şirkətinin iştirakı gözlənilir. Hansı ki, bunlar Aqro-qida zəncirinə daxil olan təzə meyvə və tərəvəz, qəhvə törəmələri, içkilər, su məhsulları və balıqçılıq, şəkər, kakao və onun törəmələri, süd məhsulları və törəmələr, yağlar və yağlar və heyvandarlıq, Sənaye 4.0-a daxil olan Proqram və İT, kiber təhlükəsizlik, reklam və rəqəmsal marketinq, animasiya, audiovizual istehsal və video oyunları, Toxuculuq materialları və aksesuarlar sektoruna daxil geyim, dəri, ayaqqabı, tekstil zərgərlik və s., İstehsalar sektoruna daxil olan məişət əşyaları, alətlər və cihazlar, tikinti materialları, avtoehtiyat hissələri, kustar sənətkarlıq məmulatları habelə kosmetika, plastik və rezin, əczaçılıq preparatları, xəstəxana ləvazimatları və kimyəvi maddələr və s. kimi sektorları təmsil edir.

85-ci Biznes Uyğunlaşdırma Forumun da, Kolumbiyalı sahibkarlarla təxminən 13.000 virtual iş görüşməsi keçirəcək 50-dən çox ölkədən təxminən 1000 iş adamının iştirakını gözləyir. İştirak edəcək beynəlxalq şirkətlər arasında PriceSmart, Toyota, The Home Depot, Jerónimo Martins, Electronic Arts, Hyatt, Ralph Lauren, Dolce, Carter’s və Coto da var.

Bu Forum azad ticarət sazişlərinin üstünlüklərindən istifadə, satış bazarlarının diversifikasiyası və Kolumbiya şirkətlərinin ixrac təklifinin təşviqi üzrə strategiyanın bir hissəsidir.

Bundan əvvəlki Procolombia tərəfindən 2020-ci ildə virtual formada təşkil edilən 80 Biznes Uyğunlaşdırma Forumuu 83 milyon ABŞ dolları məbləğində işgüzar imkanlar yaratmış və təxminən 4,5 milyon ABŞ dolları məbləğində sövdələşmələrin bağlamasına kömək olmuşdur.

Forumu canlı izləmək üçün qeyd olunan linkə daxil ola bilərlər. (https://live.macrorruedasprocolombia.co/macrorrueda85 ).

Forum haqqında daha ətraflı məlumat üçün, forumun veb səhifəsinə daxil olmaq olar (https://mcr.macrorruedasprocolombia.co/macrorrueda85/ ).

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button