Siyasət

Kolumbiya Prezidenti Azərbaycan Prezidentinə məktub göndərib

Kolumbiya Respublikasının Prezidenti İvan Duke Markes Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

İstiqlal az. xəbər verir ki, məktubda deyilir:

Zati-aliləri cənab Prezident. Azərbaycan Respublikasının milli bayramı – 28 May – Respublika Günü münasibətilə Kolumbiya xalqı və hökuməti adından Sizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Mən 1918-ci ildə Azərbaycan Milli Şurası tərəfindən müstəqilliyin elan edilməsinin və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının qeyd olunduğu bu tarixi günlərdə Sizə bildirmək istəyirəm ki, Kolumbiya hökuməti xüsusilə turizm, mədəniyyət, təhsil sahələrində əməkdaşlıq etməklə, həmçinin siyasi və iqtisadi əlaqələrimizi möhkəmləndirməklə Azərbaycanla olan münasibətlərini daha da inkişaf etdirmək niyyətindədir.

Ölkələrimiz arasında indiyə qədər keçirilmiş yüksək səviyyəli görüşlər, həmçinin vaxtaşırı aparılan siyasi məsləhətləşmələr zamanı ikitərəfli əlaqələrin yaxşılaşdırılması və xalqlarımızın rifahının daha da artırılması üçün səylərimizi, qarşılıqlı maraqlar çərçivəsində birgə işləmək barədə ümumi mövqeyimizi əks etdirən davamlı siyasi dialoqu vurğulamaq istəyirəm.

Hazırkı qlobal səhiyyə böhranı bir çox sahələrdə, xüsusilə də COVID-19 virusuna qarşı peyvəndə şəffaf əlçatanlığın təmin edilməsində, eləcə də pandemiya ilə mübarizədə elmi və texnoloji əməkdaşlığı, təcrübə mübadiləsini təşviq edən təşəbbüslərdə əl-ələ verib birgə işləmək üçün imkan yaradır.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə yüksək hörmət və ehtiramımı bildirir, Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram”.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button