Dünya

Kolumbiya prezidenti və nazirlərinin olduğu helikopter atəşə tutulub

Kolumbiya prezidenti İvan Dukenin olduğu helikopter naməlum şəxslərin atəşinə məruz qalıb.
“Report” xəbər verir ki, bu barədə “Semana” jurnalı bildirib.
Qeyd edilir ki, hadisə helikopter Cənubi Amerika respublikasının şərq hissəsində, Norte-de-Santander departamenti üzərində uçuş edərkən olub. Heikopterə altı güllə dəyib. Bu zaman hava maşınında həmçinin milli müdafiə naziri Dieqo Molano və daxili işlər naziri Daniel Palasios da olub. Onlardan heç biri zərər çəkməyib.
Hakimiyyət orqanları araşdırmaya başlayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button