Gündəm

Komandanlar görüşüb

İyulun 6-da Azərbaycan Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı Ramiz Tahirov Bakıda işgüzar səfərdə olan Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, tərəflər son aylar Türkiyənin Konya şəhərində keçirilən “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə və “Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təlimlərində əldə edilən nəticələri yüksək qiymətləndiriblər. Açıqlamaya görə, bu cür təlimlərin hər iki ölkənin HHQ-nin arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə xidmət etdiyi vurğulanıb: “Görüşdə Azərbaycan və Türkiyə HHQ-i arasında əlaqələrin hazırkı vəziyyəti, genişləndirilməsi məsələləri müzakirə olunub, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb”.

Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı H.Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 5-də Azərbaycana gəlib.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button