Gündəm

Komitə Dmanisi olaylarına münasibət bildirib (Video)

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi Gürcüstanda baş verən olaylarla bağlı açıqlama yayıb.

Açıqlamaya görə, Gürcüstanın Dmanisi rayonunun “9 aprel” küçəsində bir qrup şəxsin sahibkar Qəşəm Şamilova məxsus mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı gənclərə hücum etmələri nəticəsində kütləvi dava baş verib: “Hadisə zamanı bir neçə nəfər ciddi xəsarət alıb. İnsident iştirakçılarından 8 nəfər Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb”.

Məlumata görə, Dövlət Komitəsi insidentdən sonra orada yaşayan azərbaycanlılarla əlaqə saxlayıb: “Hadisənin hücum edən qrupdan olan bir neçə şəxsin mağazadan aldıqları məhsulun pulunu ödəmək istəməməsi səbəbindən baş verdiyi bildirilib. Bununla belə, son dövrlər regionda cərəyan edən hadisələr, Azərbaycan Respublikasının Vətən müharibəsində qazandığı tarixi Zəfər, Azərbaycan-Gürcüstan arasında dostluq münasibətlərinin davamlı inkişafı Qafqaz regionunda sülh və stabilliyin düşmənlərini ciddi narahat edir”.

Qurum bildirir ki, bu baxımdan, Dmanisi rayonunda baş verənlərin təxribat olması və məqsədli şəkildə təşkil edilməsi ehtimalı da mövcuddur: “Qeyd edilənləri nəzərə alaraq, Gürcüstanda yaşayan azərbaycanlıları baş verən insidentə təmkinlə yanaşmağa, ehtiyatlı olmağa, təxribatlara uymamağa və proseslərə qonşu Gürcüstan dövlətinin qanunları çərçivəsində münasibət bildirməyə çağırırıq”.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button