Dünya

Konqoda vulkan püskürməsi nəticəsində 13 nəfər ölüb

Konqo Demokratik Respublikasının şərqində yerləşən Qoma şəhərinin yaxınlığındakı Nyiraqonqo vulkanının püskürməsi ən azı 13 nəfərin ölümünə səbəb olub.
“Report” xəbər verir ki, bu barədə “Politico” portalı Şimali Kivu əyalətinin səlahiyyətlilərinin rəsmi açıqlamasına istinadən məlumat yayıb.
Qeyd olunub ki, vulkandan axan lavaların yaratdığı təhlükə səbəbindən təxliyə edilənlər yol qəzasına düşüb. Nəticədə doqquz nəfər ölüb. Digər dörd ölü, Qoma həbsxanasından qaçmaq istəyən məhbuslardır.
Artıq Qomanın şimal-şərq bölgələrindəki insanlar evakuasiya edilir. Təxminən 7 min şəxs şəhərdən qonşu Ruandaya qaçıb. Lavalar artıq Kivu gölünün yaxınlığında yerləşən hava limanına çatıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button