Cəmiyyət

Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb

Mayın 12-də Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, Bakı şəhər sakini Ç.Qasımzadəyə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onun yaşayış yerini tərk etdiyi müəyyən olunub.
Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button