İdman

Koronavirusa görə dünya çempionatı təxirə salınıb

Şahmat üzrə dünya çempionatları təxirə salınıb.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı FİDE verib.
Qurum 7 müxtəlif dünya çempionatı ilə bağlı qərar verib. Buna səbəb koronavirus pandemiyasıdır.
FİDE 2021-ci ildə təşkil edilməli olan çempionatları bir il sonraya təxirə salıb. Bu çempionatlar 2022-ci ildə baş tutmalıdır.
Təxirə salınan çempionatlar:Məktəblilər arasında dünya çempionatı (Panama)14, 16, 18 yaşadək gənclər arasında dünya çempionatı (Rumıniya)8, 10, 12 yaşadək kadetlər arasında dünya çempionatı (Gürcüstan)Veteranlar arasında dünya çempionatı (İtaliya)Komandalararası dünya çempionatı (İtaliya)14, 16, 18 yaşadək gənclər arasında rapid və blits üzrə dünya çempionatı (Yunanıstan)8, 10, 12 yaşadək gənclər arasında rapid və blits üzrə dünya çempionatı (Yunanıstan)

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button