Dünya

Kotdivuarda 23 nəfər yol qəzasında ölüb

Kotdivuarın paytaxtı Yamusukro şəhərindən 100 kilometr şimalda yük avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində ən azı 23 nəfər ölüb, 34 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə yerli “Fraternite Matin” nəşri məlumat yayıb.
Xəsarət alanların 16-sı xəstəxanaya aparılıb. Onlardan beşi uşaqdır. Üç nəfər isə komaya düşüb.
Hadisəyə səbəb mikroavtobusun təkərlərindən birinin partlaması olub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button