Dünya

Kremlin sözçüsü: “Əfqanıstana qoşun yeritmək məsələsini müzakirə etmirik”

“Rusiya Əfqanıstana qoşun yeritmək məsələsini rəsmi Kabulla müzakirə etmir”.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Rusiya Əfqanıstanla Tacikistan sərhədini gücləndirəcəkmi?” sualına cavabında D.Peskov deyib:
“Əlavə kontingentin yerləşdirilməsi barədə bir söz deyə bilmərəm. Əlbəttə, bu, hadisələrin inkişafından asılı olacaq. Təəssüf ki, hadisələr yaxşıya doğru inkişaf etmir. Sərhədçilərimiz tərəfindən lazım olan qərarlar qəbul ediləcək”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button