İqtisadiyyat

Kriptovalyuta ticarətinin həcmi iyunda 43%-dək azalıb

Dünyandakı bütün onlayn platformalarda kriptovalyuta ticarətinin həcmi iyun ayında əvvəlki aya nisbətən 42,7% azalıb.
“APA-Economics”in məlumatına görə, bu barədə “CryptoCompare” platformasının dərc etdiyi hesabatda deyilir.
Ticarətin çökməsinin səbəbləri yüksək dalğalanma ilə “Bitcoin”in ucuzlaşması, habelə Çin hökumətinin maynerlərə və onlayn birjalara qarşı aqressiv siyasəti olub. Belə ki, iyun ayında “Bitcoin”in məzənnəsi 28,9 min dollara enib, ayın sonunadək ən populyar kriptovalyuta 6% ucuzlaşıb.
İyunda ticarətin həcmi cəmi 2,7 trln. dollar təşkil edib, birjalardakı kriptovalyutalar üzrə maksimum gündəlik ticarət həcmi may ayının pik dəyərindən 42,3% aşağı olub.
Dünyadakı ticarət əməliyyatlarının həcminə görə ən böyük kriptovalyuta birjası “Binance” olaraq qalır (əməliyyatların həcmi 668 mlrd. dollar təşkil edib). Bu, may ayı göstəricisindən 56% azdır. İkinci yerdə Honkonqun “Huobi Global” birjası qərarlaşıb (162 mlrd. dollar, may ayı ilə müqayisədə 40,2% azalma). İlk üçlüyü Seyşel adalarında qeydiyyatdan keçmiş “OKEx” birjası tamamlayır (141 mlrd. dollar, -41,6%).

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button