İdman

Kriştiano Ronaldo simvolik komandaya düşməyib

UEFA AVRO-2020-nin simvolik komandasını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, rəmzi “11-lik”də çempion İtaliya 5, finalçı İngiltərə yığması isə 3 futbolçu ilə təmsil olunub.
Bundan başqa, Danimarka, İspaniya və Belçikanın 1 oyunçusu heyətdə özünə yer tapa bilib.
5 qolla turnirin bombardiri olan Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo simvolik komandaya düşməyib. Canluici Donnarumma (İtaliya) isə çempionatın ən yaxşı futbolçusu seçilib. 
Qapıçı: Canluici Donnarumma (İtaliya);Müdafiəçilər: Kayl Uolker, Harri Maquayr (hər ikisi İngiltərə), Leonardo Bonuççi, Leonardo Spinatsola (hər ikisi İtaliya);Yarımmüdafiəçilər: Pyerr-Emil Hoybyerq (Danimarka), Jorjinyo (İtaliya), Pedri (İspaniya);Hücumçular: Federiko Kyeza (İtaliya), Romelu Lukaku (Belçika), Rahim Sterlinq (İngiltərə).
Qeyd edək ki, AVRO-2020-nin finalında İtaliya yığması penaltilər seriyası ilə İngiltərəni məğlub edərək, qitə çempionu olub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button