Dünya

Kubada virusa yoluxma sayında rekord

Son bir sutka ərzində Kubada 1 383 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Bu, indiyə qədər qeydə alınan rekord göstəricidir.
“Report”un məlumatına görə, bu barədə ölkənin Səhiyyə nazirliyi xəbər yayıb.
Qeyd olunub ki, bir gün ərzində Kubada 11 nəfər ölüb.
Ümumilikdə, ölkədə bu xəstəliyə yoluxanların sayı 123 221-ə çatıb, pandemiya yayılandan isə 796 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 115 505 nəfərdir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button