Gündəm

‘Kuklalar’ın rejissoru Çingiz Rəsulzadə vəfat edib

İyunun 21-də kinorejissor, dramaturq Çingiz Rəsulzadə vəfat edib.

Bu barədə onun yaxınları məlumat verib.

49-yaşlı rejissorun vəfat səbəbi açıqlanmır.

Ç.Rəsulzadə “Həyat haqqında mimlər” qısametrajlı bədii filminin və “Jestlər… Barışıq” sənədli filminin rejissoru və ssenari müəllifi, “İkinci” qısametrajlı bədii filminin ssenari müəllifi, o cümlədən “Kuklalar” (2009) filminin quruluşçu rejissorudur.

O, kinoda daha çox “Kuklalar” filminin müəllifi kimi tanınırdı. Bu filmi bir neçə beynəlxalq filmdə iştirak etmişdi.

Ç.Rəsulzadənin Meyxoş Abdullahın hekayəsi əsasında yazdığı “Daima birlikdə” ssenarisi “Qarabağ. İnsan. Qələbə” ssenari müsabiqəsinin qalibi idi.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button