Cəmiyyət

Kürdəmir sakini bıçaqlanıb |

Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Yenikənd kəndində qeydə alınıb. İyirmi dörd yaşlı rayon sakini Heydərov Xəyal Şücaət oğlu aralarında yaranan mübahisə zəminində rayon sakini Baxşıyev Yaşar Faxrət oğluna bir neçə bıçaq xəsarəti yetirib. Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button