Cəmiyyət

Kürdəmir sakinindən küllü miqdarda narkotik götürüldü

Kürdəmir sakinindən küllü miqdarda narkotik vasitə götürülüb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşısı mübarizə tədbirləri çərçivəsində Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Atakişili kənd sakini Bəkirov Vəzir Aydın oğlunun yaşadığı evin həyətyanı sahəsində əkdiyi külli miqdarda 20 ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi 2 kq 850 qram narkotik maddə olan və eləcədə aqrotexniki qaydada qulluq edilmiş çətənə bitikisi aşkarlanıb.
İlkin dindirmə zamanı V.Bəkirov etdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, V.Bəkirov şübhəli şəxs qismində tutulub, istintaq aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button