Cəmiyyət

Kürdəmirdə 4 uşaq anası zəhərlənib

Kürdəmirdə zəhərlənmə hadisəsi olub.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Qarasaqqal kəndində qeydə alınıb.
Belə ki, 33 yaşlı kənd sakini Əmrahova Nahidə Baba qızı səhvən bir neçə dərman içib və zəhərlənib. Yaxınları onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparıblar.
Qeyd edək ki, Nahidə Əmrahova dörd uşaq anasıdır.
Fakt araşdırılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button