Cəmiyyət

Kürdəmirdə 40 yaşlı kişi qətlə yetirilib

Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Xırdapay kəndində qeydə alınıb.
Belə ki, rayonun Şıxımlı kənd sakini, 32 yaşlı Qurbanov Ramazan Çingiz oğlu mübahisə zəminində Kürdəmir sakini, 40 yaşlı Əsədov Ruslan Mövsüm oğluna bıçaq xəsarəti yetirib. Ağır xəsarət alan R.Əsədov elə hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir Rayon Şöbəsinə təhvil verilib.
Hadisəni törədən R.Qurbanov Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button