Cəmiyyət

Kürdəmirdə 45 yaşlı kişi keçmiş məhkum tərəfindən bıçaqlanıb

Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə rayonun A.M.Şərifzadə küçəsində qeydə alınıb.
Belə ki, 45 yaşlı rayon sakini Cəfərov Famil Əlişiraz oğlu aralarında yaranan mübahisə zəminində rayon sakini, əvvəllər məhkum olunmuş Qurbanov Famil Zeynal oğlu tərəfindən 5 bıçaq xəsarəti alıb. Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Cərrahiyə şöbəsinə yerləşdirilib.
Xəstənin vəziyyəti ağır qiymətləndirirlər.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button