Cəmiyyət

Kürdəmirdə avtomobil piyadanı vurdu |

Kürdəmirdə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə Karrar qəsəbəsində qeydə alınıb. Kənd sakini, 57 yaşlı Kərimov Əhməd Xanəhməd oğlu yolu keçmək istəyərkən onu “Qazel” markalı yük maşını vurub. Yaralı hadisəni törədən sürücü tərəfindən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button