Cəmiyyət

Kürdəmirdə sürücü avtomobili aşırıb, xəsarət alan var

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Hyundai” markalı avtomobilin sürücüsü həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirib.
Nəticədə avtomobil yol zolağındakı beton lövhəyə çırpılaraq aşıb. Hadisə zamanı avtomibildə olan sərnişin, Masallı rayon sakini, 59 yaşlı Abdinov Camal İdris oğlu müxtəlif növ bədən xəsarətləri alıb.
Yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button