Cəmiyyət

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası olub.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ-2105” markalı avtomobilinin sürücüsü Şirinov Vadim Xosrov oğlu hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü xəsarət alıb.
Fakt araşdırılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button