Cəmiyyət

Kürdəmirdə yol qəzası olub, xəsarət alan var

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Muradxan kəndində qeydə alınıb.
Belə ki, “VAZ-2106” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı körpünün dirəyinə çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişin, 53 yaşlı Novruzov Habil Vəzir oğlu müxtəlif xəsarətlər alıb.
Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Fakt araşdırılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button