Cəmiyyət

Kürdəmirdə yol qəzası olub, xəsarət alanlar var – VİDEO

Kürdəmir rayonunda yol qəzası olub.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı yük maşını ilə eyni markalı minik maşını toqquşub. Nəticədə minik avtomobilində olan iki sərnişin Ağcabədi rayon sakinləri – 38 yaşlı İsmayılov Anar Nəriman oğlu və 52 yaşlı Nəsirova Səbirə İsgəndər qızı müxtəlif növ bədən xəsarəti alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button