Cəmiyyət

Kürdən meyiti tapılan şəxsin kimliyi məlum olub – YENİLƏNİB – 2

Salyanda Kür çayında meyiti tapılan şəxsin kimliyi məlum olub.
“Report”un Aran bürosunun məlumatına görə, həmin şəxs Salyan rayon sakini, 2001-ci il təvəllüdlü Nəcəfov Murad Əsəd oğludur.
Faktla bağlı araşdırma aparılır.
10:15
Salyanda Kür çayında tapılan meyit məhkəmə-tibbi ekspertizaya göndərilib.
“Report”un Aran bürosunun məlumatına görə, Müayinə zamanı şəxsiyyəti məlum olmayan meyitin üzərində hər hansı bir zorakılıq əlaməti aşkar edilməyib.
Hazırda meyitin şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində lazımi tədbirlər həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.
07:55
Salyanda çayda meyit aşkar edilib.
“Report”un Aran bürosunun məlumatına görə, bu gün səhər saatlarında Kür çayı üzərində Salyan şəhər və Babazənan yaşayış məntəqəsini birləşdirən körpünün yaxınlığında 25-30 yaş arasında naməlum kişi meyiti aşkar edilib.
Hadisə yerinə aidiyyati qurumların əməkdaşları cəlb olunub. Meyit çaydan çıxarılaraq aidiyyati üzrə təhvil verilib.
Hazırda meyitin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma gedir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button