İdman

Küveytli hücumçu dünya rekordu vurub

Küveyt millisinin kapitanı Bader əl-Mutava dünya rekordu vurub.
Apasport.az saytının məlumatına görə, o, Ərəb Kubokunda Bəhreynlə keçirilən matçda buna nail olub.
Komandasının 0:2 hesabı ilə məğlub olduğu görüşdə start heyətində meydana çıxan 36 yaşlı hücumçu 185-ci dəfə millinin formasını geyinib. Əl-Mutava Misir yığmasında 184 oyun keçirən Ahmed Hassanın rekordunu yeniləyib. Bu baxımdan ilk “üçlük”də İspaniya millisinin kapitanı Serxio Ramos qapayıb. “Real”ın sabiq müdafiəçisinin aktivində 180 görüş var. Portuqaliyalı Kriştiano Ronaldo isə 178 dəfə meydana çıxıb.
Qeyd edək ki, Bader əl-Mutava milli karyerasına 2003-cü il sentyabrın 4-də – 18 yaş 237 günlüyündə başlayıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button