Cəmiyyət

Lənkəranda əmisi oğlunu və bibisi nəvəsini qətlə yetirən şəxs saxlanılıb

Lənkəranda qohumlarını qətlə yetirən şəxs saxlanılıb.
“Report”un Cənub Mərkəzi xəbər verir ki, qətlin ailə münaqişəsi zəminində baş verdiyi söylənilir.
Xatırladaq ki, kənd sakini Seymur Sərraf oğlu Şirinov aralarında yaranan münaqişə zəminində əmisi oğlu Elmar Sərdar oğlu Fərəcova və bibisi nəvəsi Alim Müqabil oğlu Mirzəyevə öv tüfəngindən atəş açaraq qətlə yetirib. Ölənlərin meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
00:43
Lənkəranın Havzava kəndində baş vermiş silahlı insident zamanı qətlə yetirilən şəxslərin adları məlum olub.
“Report”un Cənub Mərkəzi xəbər verir ki, kənd sakini Seymur Sərraf oğlu Şirinov aralarında yaranan münaqişə zəminində əmisi oğlu Elmar Sərdar oğlu Fərəcova və bibisi nəvəsi Alim Müqabil oğlu Mirzəyevə öv tüfəngindən atəş açaraq qətlə yetirib. Ölənlərin meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. İnsidentin təfərrüatları barədə hələlik məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.
23.06.2021. 23:20
Lənkəranda iki nəfərin ölümü ilə nəticələnən silahlı insident olub.”Report”un Cənub Mərkəzi xəbər verir ki, hadisə Havzava kəndində baş verib. İlkin məlumata görə, silahlı insident qohumlar arasında olub. Yerli sakinlərdən biri (ad və soyadı dəqiqləşdirilir-red) münaqişə zəminində ov tüfəngi ilə əmisi oğlunu və bibisi nəvəsini qətlə yetirib.
İnsidentin təfərrüatları hələ məlum deyil.
Ölənlərin meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button