Cəmiyyət

Lənkəranda axtarışda olan şəxs tutulub

Lənkəran rayonunda axtarışda olan şəxs tutulub.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsinə əsasən barəsində axtarış elan edilmiş Lənkəran rayonunun Şilavar kənd sakini S.Əliyev saxlanılıb.
Saxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
aktla bağlı araşdırma aparılır

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button