Cəmiyyət

Lənkəranda yeniyetmə bıçaqlanıb |

Lənkəran rayonunda bıçaqlanma hadisəsi olub.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, 2008-ci il təvəllüdlü Məhəmməd Yalçın oğlu Məmmədli həmyaşıdı Ələkbər Zamin oğlu Məmmədzadə tərəfindən bıçaqlanıb.
Ə.Məmmədzadə hadisəni evlərinin yaxınlığında törədib. Bir bıçaq yarası alan M.Məmmədli Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, hazırda əməliyyat olunur.
Hadisəni törədən Ə.Məmmədzadənin isə polis əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button