İdman

La Liqada oyunlara azarkeşlərin buraxılmasına icazə verilib

İspaniya La Liqasında 2021/22 mövsümündən etibarən azarkeşlərin tribunalara buraxılmasına icazə veriləcək.
Apasport.az saytının məlumatına görə, İspaniya hökuməti bu barədə qərar qəbul edib.
Yalnız klubların tribunaları tam, yoxsa qismən doldurmasına icazə veriləcəyi dəqiqləşdirilməyib. Hazırda bununla bağlı müzakirələr aparılır. Futbolla yanaşı, basketbol matçları zamanı da zallara tamaşaçılar buraxılacaq.
Qeyd edək ki, La Liqada ötən mövsümün son turlarında bəzi stadionlara az sayda tamaşaçı buraxılmışdı.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button