Dünya

Latın Amerikasında son 20 ilin ən yüksək yoxsulluq həddi qeydə alınıb

Ötən ildə Latın Amerikasında son 20 ilin ən yüksək yoxsulluq səviyyəsi qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Latın Amerikası və Karibean Hövzəsi İqtisadi Komissiyasının (ECLA) hesabatında bildirilir. Belə ki, həmin regionda yoxsulluq həddindən aşağı yaşayan 78 milyon sakin olub ki, bu da əhalinin 12,5 faizi deməkdir. Bunun başlıca səbəbi kimi koronavirus pandemiyası göstərilir.
1999-cu ildə region əhalisinin 12,8 faizi yoxsulluq həddindən aşağı yaşamışdı.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button