İqtisadiyyat

Latviyada Azərbaycan investisyaları ilə 130 şirkət qeydiyyata alınıb

“COVID-19 pandemiyasının fəsadlarına baxmayaraq, 2020-ci ildə Latviya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2019-cu illə müqayisədə 2,4 faiz artaraq 18,08 milyon avro təşkil edib”.

Bunu Trend-ə müsahibəsində Latviyanın Azərbaycandakı səfirinin müşaviri Viya Buşa deyib. Xanım Buşa qeyd edib ki, Azərbaycan Latviyanın vacib xarici ticarət tərəfdaşıdır,  2020-ci ildə qarşılıqlı ticarət dövriyyəsində ixrac 2019-cu illə müqayisədə 2 faiz artaraq 17,37 milyon avro, idxal 11 faiz artaraq 0,72 milyon avroya bərabər olub. Onun sözlərinə görə, Latviyadan Azərbaycana ixrac olunan məhsullar əsasən, qida məhsulları, tikinti materialları, ağac məmulatları, kimyəvi və əczaçılıq preparatlarıdır.

“Mart ayında “Tukuma Piens” süd məhsulları şirkəti Azərbaycan bazarı üçün yeni süd məhsulları ixrac edib. AZZA mağazalarında “Baltais”, “BaltaisEco”, “Exporta” və “Skyr” brednləri ilə xama, kəsmik, yoqurt və digər süd məhsulları satılır. Bu məhsulların ixracının artırılması ilə bağlı planlar var. Bundan başqa, “Banga” fabriki yüksək keyfiyyətli dəniz məhsulları təqdim edir, Bakını müxtəlif mağazalarında “Pūre” şokolad trüfelləri satılır. 2020-ci ildə Azərbaycanla Latviya arasında xidmətlər üzrə ikitərəfli ticarətin həcmi əhəmiyyətli dərəcədə azalaraq 6 milyon avroya bərabər olub. Bunun 5 milyon avrosu ixracın, 1 milyon avrosu idxalına payına düşüb”.

Latviyada Azərbaycan investisyaları ilə 130 şirkət qeydiyyata alınıb. Bu şirkətlər əsasən, hotel, topdan satış (o cümlədən neft məhsulları), daşınmaz əmlak və ictimai iaşə sahələrində fəaliyyət göstərir.

V.Buşa bildirib ki, Latviya şirkətləri Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərində tikinti və bərpa layihələrinə maraq göstərir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button