Dünya

Lavrov: “Tacikistana hücum olarsa, KTMT bunu dərhal müzakirə edəcək”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Əfqanıstan sərhədindən Tacikistana hücum ediləcəyi təqdirdə bu hadisəni təcili olaraq müzakirə edəcək.
“Report” xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Tacikistana bir hücum olarsa, əlbəttə ki, bu dərhal KTMT-də nəzərdən keçiriləcək. Moskva və Düşənbə, Kollektiv Təhlükəsizlik Müqaviləsinə görə müttəfiqdir və Rusiya Federasiyasının Tacikistanda hərbi bazası var. Beləliklə, təbii ki, öhdəliklərimizi yerinə yetirəcəyik”, – deyə o, qeyd edib.
Qeyd edək ki, Tacikistan KTMT-dəki müttəfiqlərindən Əfqanıstanla sərhəddə yaranan problemlə bağlı kömək istəyib. Rəsmi Düşənbə hesab edir ki, şərtlər cənub sərhədlərini qoruma potensialının gücləndirilməsi üçün tədbirlərin görülməsi ilə yanaşı KTMT daxilində adekvat cavab tələb edir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button