Cəmiyyət

Leysan yağış Gəncədə bir sıra fəsadlar törədib

Gəncədə yağan leysan yağışlar nəticəsində bir neçə ev həyətyanı sahəsi ilə birlikdə su içində qalıb.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, axşam saatlarında yağan güclü yağış səbəbindən Gəncə şəhərinin Məhsəti qəsəbəsində 10-a yaxın evin həyətinə yağış suları dolub.
Bununla yanaşı, küçə yollarında hərəkətdə də çətinliklər yaranıb.
Qeyd edək ki, hazırda yağıntılı hava şəraiti davam edir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button