Dünya

Litvada ABŞ hərbçilərinin ərzaq payını oğurlayan 9 nəfərin işi məhkəməyə göndərilib

Litvada 7 hərbçidən ibarət qrup və daha iki nəfər ABŞ ordusuna məxsus 14 min quru ərzaq payı oğurlamaqda şübhəli bilinərək məhkəmə qarşısına çıxarılıblar.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxt Vilnüs şəhər prokurorluğundan bildirilib.
Məlumata görə, həmin paylar ABŞ-ın Litvada yerləşən əsgərləri üçün nəzərdə tutulub.
“Müqavilə əsasında hərbi xidmət edən 7 hərbçi və Şvençyonsk rayonundakı hərbi poliqonda əmək müqaviləsi üzrə işləyən 2 mülki şəxsin ittihamı üzrə cinayət işi məhkəməyə göndərilib. Onlar xidməti vəzifəsindən sui-istifadə etməkdə, rüşvət vermək və almaqda ittiham olunurlar”, – prokurorluğun məlumatında qeyd olunub.
İstintaq materiallarına əsasən, onlar dövlətə 121 min dollardan artıq ziyan vurublar.
ABŞ ordusunun tağımı Texas ştatında Fort-Hud daimi dislokasiya bazasından 2020-ci ilin dekabrında Litvaya ezam olunub. Amerika hərbçiləri özləri ilə “Abrams” tankları, “Bradley” piyadaların döyüş maşını və başqa hərbi texnika gətiriblər.
ABŞ hərbçiləri Şvençyonsk rayonundakı poliqonda Almaniya və Litvadan olan həmkarları ilə birgə təlimlər keçiblər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button