Dünya

Litvanın XİN başçısı: “Aİ kifayət qədər etimad qurulandan sonra bölgənin gücləndirilməsinə cəlb oluna bilər”

“Biz Azərbaycan və Ermənistan arasında ilk növbədə etimadın qurulmasına kömək etməliyik”.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Tbilisidə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı artıq bu prosesə cəlb olunub.
XİN başçısı Azərbaycanla Ermənistan arasında əldə olunan humanitar razılaşmanı çox mühüm addım adlandırıb:
“Ümid edirəm ki, bu proses davam edəcək. Tərəflər arasında kifayət qədər etimad yaranacağı halda Avropa İttifaqının bütün bölgənin əlaqələndirilməsinin gücləndirilməsinə cəlb olunmasının mümkünlüyü barədə danışmaq olar”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button