İdman

“Liverpul” Ozan Kabakı göndərir

“Liverpul” müdafiəçi Ozan Kabakla bağlı qərarını qətiləşdirib.
Apasport.az saytının “Sun” nəşrinə istinadən məlumatına görə, Premyer Liqa təmsilçisi Türkiyə millisinin üzvünün çıxışından razı deyil.
Bu səbəbdən “qırmızılar” qış fasiləsində “Şalke”dən icarəyə götürdüyü gənc oyunçunu birdəfəlik transfer etmək fikrindən daşınıb. “Liverpul” bu keçid üçün 25 milyon avro ödəməlidir, ancaq rəhbərlik həmin məbləğə daha yaxşı müdafiəçi tapacağına inanır.
Qeyd edək ki, 21 yaşlı Ozan Kabak “Liverpul”un heyətində 13 matçda iştirak edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button