Dünya

Londonda yanğın zamanı bir neçə nəfər zərər çəkib

İngiltərənin paytaxtı Londonun “Elephant & Castle” metrostansiyasının yaxınlığında baş verən yanğın zamanı azı 6 nəfər xəsarət alıb.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Yanğınsöndürənlər bir neçə saatlıq fəaliyyətdən sonra alovu lokallaşdırıblar.
Hadisə zamanı kommersiya obyektləri, avtomobillər, telefon köşkünə ziyan dəyib. Dəmiryolu tağlarının altında üç ticarət obyekti, həmçinin dörd avtomobil və dəmiryol vağzalının yanında telefon köşkü yanıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button