İdman

Lui van Qal “Telstar” klubu ilə 1 günlük müqavilə bağlayıb

Tanınmış niderlandlı məşqçi Lui van Qal “Telstar” klubu ilə müqavilə bağlayıb.
Apasport.az saytının məlumatına görə, 69 yaşlı mütəxəssislə ikinci divizion təmsilçisi arasında anlaşma xeyriyyə xarakteri daşıyır.
Van Qal yalnız bir gün – mövsümün bir matçında komandanın baş məşqçisi olacaq. Həmin görüşdə onun köməkçisi azarkeşlərdən biri olacaq. Həmin xoşbəxt fanat lotereya ilə müəyyənləşəcək.
Köməkçi məşqçi vəzifəsinə bir günlük yiyələnmək üçün keçirilən lotereyanın bilet satışından gələn qazanc “Spieren Door Spieren Foundation”a keçiriləcək. Bu xeyriyyə fondu uşaqlarda əzələ xəstəlikləri ilə mübarizə aparır.
Qeyd edək ki, 1977/78 mövsümündə futbolçu kimi “Telstar”da oynamış van Qal baş məşqçi karyerası ərzində “Ayaks”, “Barselona”, “Bavariya”, “Mançester Yunayted” və Niderland millisində çalışıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button