Gündəm

‘Məcburi köçkünlərin təhlükəsiz və operativ qayıtması ləngiyir’

20 iyun Ümumdünya Qaçqınlar Günüdür. Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı açıqlama yayıb.

Açıqlamada deyilir ki, Ermənistan işğal zamanı minaladığı bütün ərazilərin xəritələrini təqdim etmədiyi üçün azərbaycanlı məcburi köçkünlərin təhlükəsiz və operativ qayıtması ləngiyir.

XİN xatırladır ki, bir müddət öncə Kəlbəcərdə iki jurnalistin faciəvi ölümü təxminən 30 ildir evlərinə geri dönə bilməyən və emosional ailələrin üzləşdiyi təhlükəni bir daha açıq şəkildə göstərir.

O da qeyd olunur ki, Azərbaycan hökuməti, köçkün ailələrinin azad edilmiş ərazilərə təhlükəsiz və etibarlı şəkildə geri qayıdışına başlamaq, habelə işğal zamanı dağıdılmış şəhərlərin bərpa edilməsi məqsədilə sərmayələrin ayrılması üçün bütün lazimi tədbirləri həyata keçirir.

1988-ci ildə başlanan Qarabağ müharibəsində Ermənistandan və Qarabağdan bir miyon insan qaçqın və köçkün düşüb. Ötən ilin noyabrında 44 günlük müharibədə Azərbaycan işğal edilmiş 7 rayonu, Şuşa və Hadrutu və başqa ərzailəri geri qaytarsa da, hələlik məcburi köçkünlərin orda yerləşdirilməsi mümkün deyil. Buna səbəb 30 ilə yaxın işğal dövründə yaşayış yerlərinin dağıdılması, ərazilərin minalanmasıdır.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button