Cəmiyyət

Məhkəmə Rövşən Əkbərovu həbsdə saxladı

Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun ev dustaqlığına buraxılması barədə verilən vəsatətə baxılıb.

APA-nın xəbərinə görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qərar elan olunub.

Qərara əsasən, həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatət təmin edilməyib.

Xatırladaq ki, general-leytenant Rövşən Əkbərov bu ilin martında həbs edilib. Onun həbsi barədə Baş Prokurorluq məlumat yayıb. R.Əkbərov Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə)  və  12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və  Baş Prokurorluğun təqdimatına əsasən barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button