İdman

“Məni “Barselona” formasında təsəvvür etmək mümkünsüzdür”

“Bütün bu dövr ərzində başqa komandalar barədə fikrim belə olmayıb”.
Apasport.az saytının məlumatına görə, bunu İspaniyanın “Real” klubunun sabiq futbolçusu Serxio Ramos deyib.
Madrid təmsilçisindən ayrılmasına həsr olunan mətbuat konfransında çıxış edən 35 yaşlı müdafiəçi gələcək karyerası barədə fikirlərini bölüşüb: “Mən başqa klublarla hələ yanvardan danışıqlara başlaya bilərdim. Maraqlanan, əlaqə saxlayan klublar da var idi”.
O bildirib ki, əzəli rəqibləri “Barselona”ya keçidi mümkünsüzdür: “Real”dan getmək barədə fikrim də yox idi. Amma indi münasib variant axtarmağa başlayacağıq. “Sevilya” əbədi mənim ürəyimdə qalacaq digər klubdur. Orada əla dövrüm keçib. Amma indi bu variant barədə düşünmürəm. “Barselona” gəlincə, qəti “yox” olacaq. Ramosu “Barselona” formasında təsəvvür etmək mümkünsüzdür”.
Qeyd edək ki, Ramos 2005-ci ildə “Sevilya”dan “Real”a keçib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button