Dünya

Mərakeş İspaniyadakı səfirini geri çağırdı

Mərakeş Krallığı İspaniyadakı səfiri Kərim Benyaişi məsləhətləşmələr üçün geri çağırıb.
“Report”un məlumatına görə, bu barədə “Reuters” diplomatik mənbəyə istinadən xəbər verib.
Mənbə iki dövlət arasındakı münasibətlərin vəziyyətinə “yenidən baxılması lazımdır” deyib.
Qeyd edək ki, səfir İspaniyanın Qərbi Saxaranın müstəqilliyini dəstəkləyən POLİSARİO cəbhəsinə (Siqiyet əl Hamra və Rio de Oronun azad edilməsi uğrunda xalq cəbhəsi) tibbi yardım etməsi ilə bağlı qərarını tənqid edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button