Cəmiyyət

Mərdəkanda əl qumbarası aşkarlanıb |

Xəzər rayonunun Mərdəkan qəsəbəsində sursat aşkar edilib.
“Report”un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb edilib. Hadisə yerinə baxış keçirilərkən ərazidə 1 ədəd döyüş tətbiqinə yararlı “F-1” əl qumbarası aşkarlanıb.
Sursat zərərsizləşdirilməsi üçün Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri tərəfindən ərazidən götürülüb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button