İqtisadiyyat

Mərkəzi bankların üçdə ikisi iqlim problemlərini məsuliyyət sahələrinə aid edir

Dünya mərkəzi banklarının 63%-i iqlim dəyişikliyinin onların səlahiyyətində olduğunu düşünür.
“APA-Economics”in “Kommersant”a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın “Invesco” investisiya şirkətinin 141 mərkəzi bankının və suveren fondunun rəhbərləri arasında apardığı sorğu nəticəsində məlum olub.
Sorğuya əsasən, mərkəzi bank rəhbərlərinin 45%-i hesab edir ki, iqlim dəyişikliyinin təsirləri ilə mübarizə pul siyasətinin əsas hədəfi olmalıdır. Respondentlərin 24%-i bu ifadə ilə razılaşmır, 31%-i qəti cavabdan çəkinib.
Suveren fondlar üçün 2020-ci ildə bazar və likvidlik risklərindən sonra məhz iqlim riski olub. COVID-19 istisna olmaqla, suveren fondların nümayəndələrinin əksəriyyəti (62%-i) iqlim dəyişikliyinin investisiya idarəetmə qərarlarına təsir edən makroiqtisadi mövzulardan biri adlandırıb.
Qeyd edək ki, iyun ayında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Basso (Odile Renault-Basso) ilin sonunadək “yaşıl” layihələrə ayrılan investisiyaların payını 40%-ə çatdırmağa hazır olduğunu açıqlayıb. Onun sözlərinə görə, 2022-ci ilin sonuna qədər AYİB-in fəaliyyətlərinin Paris İqlim Sazişinə tam uyğunluğu təmin ediləcəyi planlaşdırılır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button