İqtisadiyyat

Məşhur “Çukur” serialında Azərbaycandan danışılıb – FOTO

Türkiyənin ən reytinqli seriallarından biri, illərdir yerli tamaşaçılarla yanaşı azərbaycanlı tamaşaçıların da maraq dairəsində olan “Çukur” serialı son bölümündə doğma çay – “Azerçay”a da yer ayırıb.
Serialın bir səhnəsində Mədət personajı  əsas qəhrəmanlardan olan Vartoluya “Azerçay”ın dəmli növlü çayını verir və bunun qardaş ölkə Azərbaycandan göndərildiyini deyir. Vartolu isə çayı içdikdən sonra çox bəyəndiyini, çaya görə azərbaycanlı qardaşlara təşəkkürünü bildirir.
Qeyd edək ki, 100% təbii olan “Azerçay” markası dünyanın 40-dan artıq ölkəsində “Made in Azerbaijan” yazısını üzərində şərəflə daşıyır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button